Simsar.az | bizi özünüzə Simsar bilin
Deməyəcəksiz, “bu saç məni bezdirib”

Saçları qorumağın yolları

Saçın tökülməsi problemi ilə bir çoxumuz üzləşirik. Əgər problem yaranıbsa artıq onu həll etmə haqda düşünmək mütləqdir. Çünki vaxtında görülməmiş tədbirlər sonra ağır nəticələrə səbəb ola bilər. Ona görə də ilk olaraq saçın tökülməsi səbəblərini araşdıraq. Saçın tökülmə səbəbləri çoxdur. Ən xoşagəlməz məqam odur ki, onu aşkara çıxarmaq olduqca çətindir. Saçlar stressdən, genetik meyillilikdən, xarici faktorlardan (hava, kimyəvi buruqlar, fenvə s.), immunitetin zəif olmasından, narkoz qəbulundan, yalnış qidalanmadan, doğuşdan və zəif qulluqdan yaranır. Əgər saç tökülməsi daxili xəstəliklərlə bağlıdırsa, o zaman ilk olaraq həmin xəstəliyi müalicə etmək lazımdır. Bahalı şampun və ya balzam köməyinizə çatmayacaq. Unutmayın ki, saçlarınızı xarici təsirlərdən də qorumalısınız.

Saç tökülməsinə qarşı xalq təbabəti

Xalq təbabətində saç tökülməsini azalda biləcək maska və məhlulları ( hansılarki saç dibinə çəkilir və yuyulmur), kompressləri sadalamaq olar. Bir neçə resepti sizə təqdim edirik.

1.Gənəgərçək yağı və yumurta sarısından hazırlanan maska, saç tökülməsinin qarçısını alır. Bir yumurta sarısını 1 xörək qaşığı gənəgərçək yağı ilə qarışdırıb quru, yuyulmamış saçlara çəkin. Kompress 40 dəqiqə sonra sabunla yuyulur. Proseduru ayda bir dəfə etmək olar.

2. Bir xörək qaşığı aloye şirəsi və bal, bir çay qaşığı gənəkərçək yağı qatışdırıb saçın dibinə sürtün. Yarım saat sonra yuyun. Bu maska quru saçlar üçün faydalıdır.

3. Bildiyimiz kimi ağartı məhsulları B vitamini ilə zəngindir, deməli onlar saçları uzadır. Məsələn həftədə bir dəfə qatıq maskası edə bilərsiniz. Şampun seçən zaman saç tökülməsinə qarşı yazısından öncə tərkibinə fikir verin. Əgər şampunun tərkibində gənəkərçək, ayıpəncəsi yağı, həmçinin jojoba və avokado yağı varsa bu, saç diblərini möhkəmləndirir və saçları uzadır.

Qurumuş və yapıxmış saçlar

Saçların parlaq olması və qidalanması üçün 2 qaşıq zeytun yağını isidib, saçınızın dərisinə sürtüb, ehmalca masaj edin. Xovlu dəsmalı isti suda isladıb sıxın və başınızı həmin dəsmalla sarıyın. Dəsmal soyuduqca eyni əməliyyatı bir neçə dəfə təkrar edin. Sonra saçlarınızı yuyub, qurulayın.

Saçlar niyə tokülür?

Yarım fincan yaşıl zeytun yağını bir fincan süzülmüş balla qarışdırın. Sonra bu qarışığı bir neçə gün saxlayın. Daha sonra həmin qarışığı saçınızın dərisinə vurun. Ancaq bunu edərkən darağın dişlərinin dərinizə batmasına imkan verməyin. Başınızı neylon parça ilə sarıyıb, istiliyi mühafizə edin. Yarım saatdan sonra saçlarınızı yuyub qurulayın. Bu əməliyyat tünd saçların işıltılı olmasını təmin edir.

İki yumurtanı çırpıb, içinə 1 qaşıq zeytun yağı, 1 qaşıq qliserin, 1 qaşıq sirkə (mümkünsə, alma sirkəsi) əlavə edin. Saçınızı şampunladıqdan sonra bu qarışığı sürtüb, 15-20 dəqiqə gözləyin. Saçlarınızı yaxşıca yaxaladıqdan sonra onların qısa bir vaxtda canlandığını görəcəksiniz.

Ağarmayın, saçlarım…

Yaş üst üstə gəldikcə, saçda rəng piqmenti melaninin miqdarının azalması, onların rənginin ağarmasına səbəb olur. Bu təbii prosesdir və çox təəssüf ki, onun qarşısını almaq qeyri-mümkündür. Ancaq bir qədər ləngitmək olar. Bunun üçün ildə iki dəfə 1-2 ay ərzində A, E, S vitaminləri və riboflavin qəbul etmək lazımdır. Ağ saçları süni boyalar vasitəsilə gizlətmək ən yaxşı üsuldur. Xanımlar saçı boyamaq üçün heç bir səbəb axtarmırlar. Qapqara saçları bir günün içində sarı, qırmızı və digər rənglərə salmaq bizim üçün çətin deyil. Bəzən saçı boyamaqla həyatımızı belə dəyişə bilirik. Amma gəlin unutmayaq ki, bunun üçün qarşıda hələ çox vaxtımız olacaq. Əgər keyfiyyətsiz və ölgün saçlar sizi bezdiribsə, yaxud ağarmış saçlarınız artıq hamının diqqətini cəlb edirsə, onda çəkinmədən boyaya əl atın. Ən yaxşısı isə bunu gözəllik salonunda reallaşdırmaqdır.


Sevinc Vəliyeva

28 Mart, 2011  16:44 Baxılıb: 17370

Bu bölmədə