Simsar.az | bizi özünüzə Simsar bilin
Orduda itki

İki zabit yol qəzasında öldü

Azərbaycan Silahlı Qüvvələrinin iki yüksək rütbəli zabiti yol qəzasına düşüb. Şəmkir Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə martın 27-də gecə qeydə alınıb.

İçərisində zabitlərin olduğu “Mercedes” markalı avtomobil Şəmkir rayonu ərazisində yoldan çıxaraq aşıb. Nəticədə avtomobilin içində olan şəxslər, Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin qərargah rəisi, mayor Nəsimi Xankişiyev və rabitə bölüyünün rəis müavini, mayor Tahir Məmmədov aldıqları xəsarətlər nəticəsində hadisə yerində ölüblər.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

28 Mart, 2011  15:44 Baxılıb: 1337

Bu bölmədə