Simsar.az | bizi özünüzə Simsar bilin
Hava buludlu, küləkli olacaq

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamenti bu gün gözlənilən hava proqnozunu açıqlayıb 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, martın 27-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, yağmursuz keçəcəyi, səhər zəif duman olacağı gözlənilir. 

Arabir güclənən cənub-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 4-6 dərəcə isti, gündüz 16-20, bəzi yerlərdə 22 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarına gəlincə, martın 27-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub-qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 3-8 dərəcə isti, gündüz 17-22 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 10-15 dərəcə isti təşkil edəcək.

28 Mart, 2011  14:04 Baxılıb: 1292

Bu bölmədə

16 Mart, 2024
Sabahın havası