Simsar.az | bizi özünüzə Simsar bilin
Ramil Usubov şikayətçiləri qəbul etdi

Daxili işlər naziri Ramil Usubov Xaçmaza səfər edib

Simsar.az-ın bölgə müxbirinin məlumatına görə, nazir Xaçmaz rayon Polis Şöbəsində səhər saat 10:00-dan 13:00-dək Xaçmaz, Quba, Qusar, Şabran, Xızı və Siyəzən rayonlarının sakinlərini qəbul edərək onların şikayətlərini dinləyib.

Qəbul prosesində adları çəkilən rayonların RPŞ-nin nümayəndələri iştirak edib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, 14 vətəndaşın polisin fəaliyyəti ilə bağlı müraciətlərinin böyük əksəriyyəti yerindəcə həll edilib. R. Usubov qalan ərizə və şikayətlərin də mövcud qanunvericilik çərçivəsində obyektiv şəkildə araşdırılacağını və konkret tədbirlər görüləcəyini bildirib.

26 Mart, 2011  23:00 Baxılıb: 1523

Bu bölmədə