Simsar.az | bizi özünüzə Simsar bilin
Partiya sədrinin qayınatası intihar etdi

Türkiyənin  Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlunun ailəsinə itki üz verib

Simsar.az-ın “habertürk”ə istinadən verdiyi məlumata görə, Kılıçdaroğlunun qayınatası, 82 yaşlı Ali Xıdır Özdağ intihar edib. Kocaeli şəhərində yaşayan Ali Xıdır Özdağ martın 24-də öz qudası, Kamal Kılıçdaroğlunun atası Yusif Ziya Kılıçdaroğlunun evinə qonaq gəlib. O, gecə yarısı yatdığı otağın qapısını bağlayaraq həmin mənzilin eyvanından özünü atıb. 5 mərtəbəli evin 3-cü mərtəbəsindən atlayan 82 yaşlı kişi ağır vəziyyətdə xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Hadisə ilə bağlı araşdırma başlanılıb.

26 Mart, 2011  00:15 Baxılıb: 1327

Bu bölmədə