Simsar.az | bizi özünüzə Simsar bilin
“Fukusima-1” AES-in ilk qurbanları

Stansiyada çalışan 3 işçi radiasiyaya məruz qalıb

Yaponiyada martın 11-də baş verən zəlzələ və sunami fəlakətindən sonra qəzalı vəziyyətə düşən “Fukuşima-1” Atom Elektrik Stansiyasında (AES) çalışan 3 işçi radiasiyadan zərər görüb.

Simsar.az-ın “Kiodo” agentliyinə istinadən verdiyi məlumata görə, Yaponiya hökuməti radiasiyaya məruz qalan 3 işçidən 2-nin müalicə üçün xəstəxanaya yerləşdirildiyini açıqlayıb. İşçilər AES-ə elektrik kabelləri çəkərkən radiasiyaya məruz qalıblar. 

Radioaktiv sızma ilə bağlı xoş xəbər də gəlib. Paytaxt Tokioya verilən suda radioaktiv ion səviyyəsi uşaqlar üçün qəbul edilən səviyyədən də aşağı düşüb. Bundan öncəki gün paytaxta verilən suda yüksək radioaktivlik aşkarlanmış və rəsmilər bu sudan uşaqlara verilməməsi, uşaqlar üçün yemək bişirərkən istifadə edilməməsi ilə bağlı xəbərdarlıq etmişdilər.

25 Mart, 2011  00:47 Baxılıb: 1337

Bu bölmədə