Simsar.az | bizi özünüzə Simsar bilin
Liviya bombalandı: 48 ölü, 150 yaralı

Ölənlərin əksəriyyəti qocalar, qadınlar və uşaqlardır

Martın 20-nə keçən gecə koalisiya qüvvələrinin Liviyaya endirdiyi hava zərbələri nəticəsində 48 nəfər həlak olub, 150 nəfər yaralanıb. Bu barədə Liviya dövlət televiziyası Liviya hökumətinə istinadən xəbər yayıb.

Ölənlərin əksəriyyəti qocalar, qadınlar və uşaqlardır.

Qeyd edək ki, Liviyaya qarşı hərbi əməliyyatlara marın 19-da bir neçə ölkə - o cümlədən Fransa, ABŞ, İtaliya, Kanada və Böyük Britaniya tərəfindən başlanılıb. Bildirilir ki, Fransa Hərbi Hava Qüvvələri Kəddafi qüvvələrinin bir neçə zirehli texnikasını məhv edib, ABŞ və Britaniya isə Liviya Hava Hücumundan Müdafiə Qüvvələrinin 20-dək mövqeyinə “Tomoqavk” raketləri ilə zərbələr endirib. Liviya dövlət televiziyası mülki obyektlərin hədəfə alındığı barədə məlumat verib.

21 Mart, 2011  01:00 Baxılıb: 1288

Bu bölmədə