Simsar.az | bizi özünüzə Simsar bilin
Fransa Benqazini müdafiə edəcək

Fransanın Hərbi Hava Qüvvələri Qəzzafinin tərəfində mübarizə aparan hərbi texnikaya da zərbələr endirməyə hazırdır

Fransanın Hərbi Hava Qüvvələri Liviyada qiyamçıların nəzarətində olan Benqazi şəhərinə Müəmmar Qəzzafinin hərbi birləşmələri tərəfindən aviazərbələrin endirilməsinin qarşısının alınmasında iştirak edəcək. 

APA-nın məlumatına görə, bunu Fransa prezidenti Nikalya Sarkozi bəyan edib.

N.Sarkozi həmçinin bildirib ki, Fransanın hərbi təyyarələri Qəzzafinin tərəfində mübarizə aparan hərbi texnikaya da zərbələr endirməyə hazırdır. Ümumilikdə isə Fransa Liviyada hərbi əməliyyatlara bu gün axşam başlamaq niyyətindədir. Prezidentin sözlərinə görə, artıq Fransa təyyarələri Benqazi şəhərinə çatıb.

20 Mart, 2011  01:15 Baxılıb: 1212

Bu bölmədə