Simsar.az | bizi özünüzə Simsar bilin
Ümid Partiyasının məntiqsiz istəyi

Tofiq Yaqublu: «İqbal Ağazadənin İctimai Palataya can atması mənə çatmır»

“Ümid Partiyasının İctimai Palatada təmsil olunmaq istəməsinin heç bir məntiqi izahı yoxdur. İctimai Palata parlament seçkilərinin nəticələrini qəbul etməyən partiyaların, şəxslərin birliyidir. Ümid Partiyasının sədri İqbal Ağazadə seçkilərdə rol alıb və nəticələri qəbul edib. Belə olan halda, onun İctimai Palataya can atması mənə çatmır».

Bunu Simsar.az-a açıqlamasında Müsavat Partiyasının başqan müavini Tofiq Yaqublu deyib. Onun sözlərinə görə, Ümid Partiyası üzvlərinin fərdi qaydada İctimai Palataya qoşulması mümkündür: «Mitinqlərimizdə də iştirak edə bilərlər. Amma partiya olaraq Ümidin İctimai Palatada təmsil olunması mümkün deyil».

Qeyd edək ki, Azərbaycan Demokrat Partiyası müttəfiqi sayılan Ümid Partiyasının İctimai Palataya üzv qəbul edilməsi məsələsini qaldırsa da, qarşı tərəfdən rədd cavabı verilib.

Ramil

18 Mart, 2011  23:55 Baxılıb: 1267

Bu bölmədə