Simsar.az | bizi özünüzə Simsar bilin
Kəmaləddin Heydərov Gürcüstan səfiri ilə görüşüb

Azərbaycan Respublikasına yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Teymuraz Şaraşinadzeni qəbul edib

Mart ayının 18-də Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov Gürcüstanın  Azərbaycan Respublikasına yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Teymuraz Şaraşinadzeni qəbul edib.

Simsar.az-ın nazirliyin saytına istinadən verdiyi məlumata görə, nazir görüş zamanı qonağa respublikada fövqəladə halların idarə olunması sahəsində görülən işlər, nazirliyin strukturuna daxil olan qurumların fəaliyyəti barədə ətraflı məlumat verib. Həmçinin, hər iki ölkədə təbii və texnogen xarakterli fəlakətlərin qarşısının çevik şəkildə alınması və nəticələrinin birgə aradan qaldırılması üçün nazirliyin Gürcüstanın müvafiq qurumları ilə əməkdaşlığın genişləndirilməsində maraqlı olduğu səfirin diqqətinə çatdırılıb.

Səfir də öz növbəsində, səmimi qəbula görə təşəkkürünü bildirib və ölkələrimiz arasında aidiyyəti qurumların əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsi və inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

18 Mart, 2011  23:00 Baxılıb: 1325

Bu bölmədə