Simsar.az | bizi özünüzə Simsar bilin
YAP -çı gənclər sovqat paylayacaq

Onlar 60 ailəni sevindirməyə çalışır

Yeni Azərbaycan Partiyası ( YAP ) Gənclər Birliyi Novruz bayramı ərəfəsində kimsəsiz, əlil, tənha, şəhid ailələrinə və aztəminatlı ailələrin bir qrupuna bayram sovqatı paylayacaq. 

Simsar.az -ın verdiyi xəbərə görə, YAP Gənclər Birliyinin sədri Seymur Muradovun jurnalistlərə açıqlamasında bildirib ki, Bakının rayonlarında keçirilən xeyriyyə aksiyasında 60-dan çox ehtiyacı olan ailəyə sovqat paylanılacaq. Onun sözlərinə görə, sovqat zənbilinə gündəlik qida rasiyonunu təşkil edən ət, toyuq, yağ, düyü, un , meyvə çay və sair kimi ərzaqlar daxildir. Seymur Muradov bildirib ki, bu cür aksiyalar gələn ildən Respublikanın bölgələrində təşkil olunacaq : “Xeyriyyə aksiyasını keçirməkdə məqsədimiz partiyanın gəncləri olaraq həmin ehtiyacı olan ailələrlə birgə olduğumuzu göstərmək istəyirik”. 

Xeyriyyə aksiyası günün axırınadək davam edəcək.

18 Mart, 2011  19:20 Baxılıb: 1257

Bu bölmədə