Simsar.az | bizi özünüzə Simsar bilin
MAQATE-nin rəhbəri Yaponiyaya gedib

Stansiyanın ətrafından 30 kilometr radiusda insanlar köçürülüb

Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) Baş direktoru Yukiya Amano Yaponiyada baş vermiş zəlzələdən sonrakı vəziyyət ilə və Fukuşima-1 atom elektrik stansiyasında qəzanın ləğv olunmasına göstərilən səylərlə tanış olmaq üçün cümə axşamı Tokioya gedib.
APA-nın verdiyi xəbərə görə, bir günlük səfər zamanı o “Fukuşima-1” nüvə elektrik stansiyasının reaktorunda baş vermiş qəza ilə bağlı vəziyyəti  bir başa Yaponiya hökuməti nümayəndələrindən alacaq. Atom stansiyasındakı vəziyyəti o “çox ciddi” kimi qiymətləndirib.

Cümə axşamı, Amano bildirib ki, “Fukuşima-1” nüvə elektrik stansiyasına ziyarət etmək niyyətindədir, lakin bu barədə yekun qərar Tokioya gəldikdən sonra qəbul olunacaq.
Xatırladaq ki, martın 11-də Yaponiyanın şimal-şərqində 9 bal gücündə zəlzələ və ardınca sunami baş verib.
Son məlumatlara əsasən təbii fəlakət nəticəsində 15 min adam həlak olub və itkin düşüb.
Zəlzələ nəticəsində Yaponiyanın “Fukuşima-1” atom elektrik stansiyasının birinci, ikinci, üçüncü və sonradan dördüncü reaktorlarında yanğın baş verib. Stansiyanın ətrafından 30 kilometr radiusda insanlar köçürülüb.

18 Mart, 2011  04:43 Baxılıb: 1190

Bu bölmədə