Simsar.az | bizi özünüzə Simsar bilin
VİP və ALP Bəhreyndə əhalinin gülləbaran edilməsinə etiraz edir

“Dünya birliyini Bəhreynin monarxiya rejiminin törətdiyi qanlı cinayətlərə təpki göstərməyə çağırırıq”

“Əhalisinin mütləq əksəriyyəti şiə olsa da, monarxiya hakimiyyətinin sünni azlığa mənsub olduğu Bəhreyn rəhbərliyi genişlənən ümumxalq etirazını yatırtmaq üçün Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərindən gətirilmiş xüsusi cəza dəstələrinin iştirakı ilə dinc nümayişçiləri gülləbaran etdirib. Nəticədə xeyli insan qətlə yetirilib və yaralanıb, nüfuzlu müxalifət liderləri həbs olunub, ölkədə görünməmiş repressiyalara başlanılıb”.
Vətəndaş və İnkişaf Partiyası ilə Azərbaycan Liberal Patiyasının bu birgə yaydığı bəyanatda belə deyilir.
Bəyanatda həmçinin qeyd olunur ki, müsəlman dünyasının məzhəb bölgüsünü qəbul etməməklə yanaşı, siyasi proseslərin həllində bu kimi məsələlərin qabardılması, təriqət mənsubluğuna görə insanların hakimiyyətə buraxılmaması, azadlıqlarınını tanınmaması və qətlə yetirilməsini qətiyyətlə pislənilir
Vətəndaş və İnkişaf Partiyası (VİP) ilə Azərbaycan Liberal Partiyası (ALP) Bəhreyn xalqının demokratiya uğrunda mübarizəsini dəstəklədiyini bəyan edir və dünya birliyini Bəhreynin monarxiya rejiminin törətdiyi qanlı cinayətlərə təpki göstərməyə çağırır.

17 Mart, 2011  22:00 Baxılıb: 1256

Bu bölmədə