Simsar.az | bizi özünüzə Simsar bilin
“AXCP-də Əli Kərimlidir, bir də iki adam”

Mübariz Qurbanlı:” Onlar da hay-küydən uzağa getməyən işlərlə məşğuldurlar” 

Azərbaycanda siyasi partiyaların, siyasi təşkilatların piket keçirməsi qanunla tənzimlənir. Bizdə “Sərbəst toplaşmaq azadlığı haqqında” qanun var. Hansısa partiya həmin qanun çərçivəsində kütləvi aksiya keçirəcəksə, bu, normal sayılır. Ancaq kimlərsə qanunsuz, icazəsiz aksiya keçirməyə cəhd göstərsə, ictimai asayişi, sabitliyi pozmaq istəsə, bunun qarşısı qətiyyətlə alınacaq”.

İctimai Palatanın aprelin 2-nə təyin olunmuş kütləvi aksiya ilə bağlı Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini Mübariz Qurbanlı sərt danışıb. “Kimlərsə qanunsuz, icazəsiz aksiya keçirməyə cəhd göstərsə, ictimai asayişi, sabitliyi pozmaq istəsə, bunun qarşısı qətiyyətlə alınacaq”-deyən YAP yetkilisi aksiya təyin edənlərin heç bir sosial dayağı olmadığını da bildirib.

M.Qurbanlı fikirini belə əsaslandırıb: “AXCP-də kim var? Orada ümumiyyətlə siyasətlə məşğul olan qalıbmı? Əli Kərimlidir, bir də iki adam. Onlar da hay-küydən uzağa getməyən işlərlə məşğuldurlar. Bir sıra hallarda isə milli maraqlara zidd əməllərlə məşğul olurlar. Onların hərəkətlərini Azərbaycan ictimaiyyəti birmənalı olaraq qəbul etmir. Onlar qanunsuz toplaşsalar, qarşısı alınacaq. Ancaq, ümumiyyətlə, toplaşmağa güclərinin olacağına da inanmıram”. 

Ramil

17 Mart, 2011  21:53 Baxılıb: 1276

Bu bölmədə