Safura Əlizadə “Eurovision 2011”ə gedəcək
O, bu ilki təmsilçilərimiz Ell və Nikkiyə dəstək olacaq Azərbaycanın “Eurovosion 2010” mahnı müsabiqəsindəki təmsilçisi Safura Əlizadə may ayında Almaniyaya yola düşəcək. Milli.Az xəbər portalının məlumatına görə, ifaçı bu ilki təmsilçilərimiz Ell və Nikkiyə dəstək olmaq üçün Düsseldorf şəhərinə üz tutacaq. Onun sözlərinə görə, hər il olduğu kimi, bu il də Azərbaycanın bu mötəbər müsabiqədəki iştirakçılarına dəstək olmaq lazımdır. “Baxmayaraq ki, “Running scared” mahnısı məni o qədər də təsirləndirməyib, amma məncə, Eldar və Nigar duetinə, onların səs imkanlarına məhz bu mahnı uyğun gəlir. Bizə sadəcə olaraq, duetimizə uğurlar arzu etmək və onların “Eurovision” səhnəsində necə çıxış edəcəyini gözləmək qalır” – deyə, ifaçı əlavə edib.
17 Mart, 2011 21:31 ⁄ Baxılıb: 2103
Bu bölmədə26 Aprel, 2024 Mahsun Kırmızıgül Bakıya gəlir22 Noyabr, 2022 Avroviziyada Türkiyə də səs verəcək21 Noyabr, 2022 Rəşad Dağlının ailəsindən müraciət21 Noyabr, 2022 Britni Spirs “Instagram” hesabını sildi1 Noyabr, 2021 Ləman: "Sənətimə qazanc mənbəyi kimi baxmıram..." |