Simsar.az | bizi özünüzə Simsar bilin
Milli Məclisin növbəti iclası keçiriləcək

Sabah Azərbaycan Milli Məclisinin növbəti iclası keçiriləcək. Bu barədə APA-ya Milli Məclisdən məlumat verilib

İclasda ümumilikdə 8 məsələyə, o cümlədən İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının üzvlüyünə namizədlərin təyin edilməsi barədə məsələyə və “Elektroenergetika haqqında”, “Qaz təchizatı haqqında” və “Su təchizatı və tullantı suları haqqında” qanunlara əlavələr və dəyişikliklər edilməsinə dair layihələrin səsverməyə çıxarılması nəzərdə tutulur. 

Qeyd edək ki, “Su təchizatı və tullantı suları haqqında” Qanuna sistemə qoşulmanın fiziki şəxs olan istehlakçılar istisna edilməklə digər istehlakçı qruplar üzrə istehlakçının hesabına aparılması, həmçinin fiziki şəxs olan istehlakçıların sayğaclarla (suölçən cihazlarla) təchiz edilməsinin, quraşdırılmasının və dəyişdirilməsinin su təchizatı müəssisəsinin hesabına həyata keçirilməsi barədə əlavələr edilməsi təklif olunur.

17 Mart, 2011  20:42 Baxılıb: 1266

Bu bölmədə