Simsar.az | bizi özünüzə Simsar bilin
Əsirlərin dəyişdirilməsi prosesi başladı

Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində əsir və girovun təhvil verilməsi prosesi başlanıb

APA-nın Qarabağ bürosu xəbər verir ki, Azərbaycan tərəfdən Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndələri, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının üzvləri və hərbçilər prosesin keçiriləcəyi əraziyə yollanıblar. Proses Ağdam rayonunun işğal altında olan Baş Qərvənd kəndi ilə Azərbaycan hərbçilərinin nəzarəti altında olan Təzəkənd və Tərtərin Hüsənli kəndləri arasındakı neytral ərazidə baş tutacaq.

Qeyd edək ki, bu gün saat 14.00-da Azərbaycanda saxlanılan Ermənistan vətəndaşı Artur Badalyan qarşı tərəfə, çavuş Anar Hacıyev isə Azərbaycana təhvil veriləcək.

17 Mart, 2011  19:26 Baxılıb: 1341

Bu bölmədə