Tatlısəsi güllələtdirənin kimliyi bilindi
13 illik düşməni Abdulla Uçmaq və 20 adamı saxlanılıb Simsar.az-ın Türkiyənin “Vatan” qəzetinə istinadən verdiyi məlumata görə, hücumda istifadə olunan Kalaşnikov avtomatı və kirayə götürülmüş avtomobil də tapılıb. Türkiyə polisi 120 kamera görüntüsünü izlədikdən sonra İbrahim Tatlısəsə qarşı hücumun 2003-cü ildə də müğənnini bir proqramdan çıxarkən öldürməyi planlaşdıran, ancaq adamları təsadüfən ələ keçən Abdulla Uçmaq tərəfindən təşkil olunduğu qənaətinə gəlib. Olaydan əvvəl Abdulla Uçmağın bir neçə dəfə həmin ərazidə olduğu da üzə çıxıb. Abdulla Uçmaq telefondan çox nadir hallarda istifadə etsə də, onun adamlarının “bu iş çox çətindir, üzərimizdə qalacaq” söylədikləri də məlum olub. Silahlı hücumda istifadə olunan avtomobilin də 6 ay əvvəl azadlığa çıxan Abdulla Uçmaq tərəfindən icarəyə götürüldüyü dəqiqləşdirilib. Polis 3 nəfərdən ibarət 10 xüsusi qrup yaradıb. Uçmaq qaçmaq istəsə də, o və 20 adamı saxlanılıb.
17 Mart, 2011 16:35 ⁄ Baxılıb: 1369
Bu bölmədə23 Aprel, 2024 Aİ İrana qarşı sanksiyalarını davam etdirir1 Mart, 2024 Zelenskinin Ermənistana səfəri baş tutmayacaq22 Noyabr, 2022 Putin Soltanovskiyi vəzifəsindən azad etdi25 Oktyabr, 2022 Britaniyanın yeni Baş naziri vəzifəsinin icrasına başladı |