Fəzail Ağamalıya qarşı bəyanat
Tələbə Gənclər Təşkilatları İttifaqının departament rəhbəri deputatın fikirlərini absurd adlandırdı Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının Beynəlxalq Əlaqələr Departamentinin direktoru Rəna İbrahimova Milli Məclisin deputatı Fəzail Ağamalının Milli Məclisin sonuncu iclasında səsləndirdiyi fikirlərlə bağlı bəyanat yayıb. APA-nın xəbərinə görə, bəyanatda deyilir ki, F. Ağamalının çıxışı ali təhsil müəssisələrinin imicinə mənfi təsir göstərə və Azərbaycan tələbəsinin adını ləkələyə bilər: “Guya bir sıra tələbələr Azərbaycan Tibb Universiteti və Bakı Dövlət Universitetinə böyük məbləğdə pul qarşılığında dolayı yollarla qəbul olub. Bildirmək istərdim ki, həmin universitetlər nəinki Azərbaycanda, həm də regionda kifayət qədər nüfuzlu ali təhsil müəssisələridir. Doğrudur ki, bəzi ali təhsil müəssisələrində müəyyən problemlər mövcuddur. Lakin bu problemlər millət vəkilinin dediyi qədər əsassız və mifoloji səviyyədə deyil. Ölkədə inkişafın və islahatların getdiyi bir dövrdə kiçik bir partiyanın rəhbərinin öz deputat toxunulmazlığından istifadə edərək bu cur absurd fikirlər söyləməsi özünüreklamdan başqa bir şey deyil. Onun heç bir fakta söykənməyən bu əsassız iddialarını qətiyyətlə qınayıram və həmin fikirlərini əsaslandırılmasını istəyirəm”.
17 Mart, 2011 00:56 ⁄ Baxılıb: 1507
Bu bölmədə26 Aprel, 2024 İlham Əliyev Berlindədir17 Aprel, 2024 İlham Əliyev qəbul keçirdi |