Simsar.az | bizi özünüzə Simsar bilin
Ramiz Mehdiyevin oğlu 1 - ci müavin oldu

Teymur Mehdiyev Mədəniyyət və Turizm nazirliyindən Dövlət Miqrasiya Xidmətinə yüksək  posta gətirildi

Teymur Mehdiyev Azərbaycan Dövlət Miqrasiya Xidməti rəisinin 1-ci müavini təyin olunub. APA-nın məlumatına görə, T.Mehdiyev buna qədər mədəniyyət və turizm nazirinin müavini vəzifəsində çalışıb. 

DMX-nin idarə rəisinin müavini Zərnişan Əhmədova məlumatı təsdiqləyib. Onun sözlərinə görə, T. Mehdiyev Azərbaycan prezidenti İlham Əliyevin sərəncamı ilə DMX rəisinin 1-ci müavini vəzifəsinə təyin olunub.

Modern.az-ın məlumatına görə, Teymur Mehdiyev Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin oğludur.

17 Mart, 2011  00:48 Baxılıb: 3194

Bu bölmədə