Simsar.az | bizi özünüzə Simsar bilin
İbrahim Tatlısəsi gülləliyənlər bəlli oldu

"Sauna Mafyası"nın başçısı Qasım Zəngin sübhəli bilinir

Simsar.az “Vatan” qəzetinə istinadən xəbər verir ki, İbrahim Tatlısəsə qarşı sui-qəsdin təşkilində "Sauna Mafyası"nın başçısı kimi tanınan Qasım Zəngin sübhəli bilinir. 

Ötən gün “Gülhanə Hərbi Tibbi Akademiyası”na müalicə üçün gedən Qasım Zəngin yoxa çıxıb.

Polis iddia edir ki, Zəngin sui-qəsdən əvvəl İbrahim Tatlısəsə zəng vuraraq ondan 300 min dollar tələb edib. Bundan başqa şübhəli şəxs sənətçiyə deyib ki, tələb olunan məbləği ona verməyəcəyi təqdirdə Tatlısəsi öldürtdürəcək.

İstintaq materiallarına görə, sənətçi hədə-qorxu səbəbindən prokurorluğa şikayət ərizəsi ünvanlayıb.
Bundan başqa Tatlısəs ərizədə bildirib ki, ona gələn mesajda belə deyilib: ”Sizləri cəhənnəmə göndərəcəyik, Gaffar Okanı göndərdik növbə sizindir. Hizbullah”.

Qeyd edək ki, Gaffar Okan hizbulahın sui-qəsdi nəticəsində qətlə yetirilmiş Diyarbəkir şəhərinin polis rəisi idi. Polisin iddialarına görə, sui-qəsdin təşkilində şübhəli bilinən Qasım Zənginin silahlı qruplaşmasında istefada olan xüsusi təyinatlı hərbiçilər mövcuddur. Polisin keçirdiyi əməliyyat nəticəsində Qasım Zənginə məxsus “Qırmızı Kitab” tapılıb. Qeyd edək ki, bu kitabda şantaj olunacaq siyasətçilər və tanınmış şəxslərin adları var. Bu kitabda həmçinin İbrahim Tatlısəsin həmin mafiya üzvləri ilə çəkdirdiyi foto şəkillərdə var.

Tatlısəs şikayət ərizəsində həmçinin bildirib ki, Diyarbəkirdəki toylardan birində həmin şəxslərlə tanış olub. Onlar daha sonra İbrahim Tatlısəsdən təşkilata kömək məqsədi ilə pul ödəməsini istəyiblər. Sənətçi deyir ki, həmin şəxslərin qeyri-leqal fəaliyyətini öyrəndikdən sonra onlardan uzaqlaşıb.

16 Mart, 2011  22:02 Baxılıb: 1391

Bu bölmədə