Simsar.az | bizi özünüzə Simsar bilin
Arif Hacılının oğlu saxlanıldı

“Mənə dedilər ki, Orxanı şəxsiyyətini müəyyənləşdirmək üçün saxlayıblar”

Bu gün Nəsimi rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinin əməkdaşları Müsavat Partiyasının başqan müavini, partiyanın Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılının oğlu Orxan Hacılını saxlayıblar.

Bu barədə APA-ya A. Hacılı məlumat verib. O, oğlunun Azadlıq prospektində saxlanıldığını bildirib: “Hazırda bölmədəyəm. Mənə dedilər ki, Orxanı şəxsiyyətini müəyyənləşdirmək üçün saxlayıblar”.

16 Mart, 2011  20:42 Baxılıb: 1412

Bu bölmədə