Bəxtiyar Hacıyevin cinayət işinin istintaqı yekunlaşıb
Onun vəkili ittiham aktı ilə tanış ola bilməyib Sabiq deputatlığa namizəd Bəxtiyar Hacıyevlə bağlı başlanmış cinayət işinin istintaqı yekunlaşıb. Bu barədə APA-ya təqsirləndirilən şəxsin vəkili Elçin Namazov məlumat verib. Onun sözlərinə görə, B. Hacıyevin Cinayət Məcəlləsinin 321.1-ci (Qanuni əsas olmadan hərbi xidmətdən yayınmaq üçün növbəti hərbi çağırışdan və ya səfərbərlik üzrə çağırışdan boyun qaçırma) maddəsi ilə təqsirləndirilməsinə dair Gəncə şəhər Prokurorluğunda başlanan cinayət işinin istintaqı martın 15-də yekunlaşıb. İş üzrə materiallar baxılması üçün 48 saat müddətində Gəncə şəhəri Nizami rayon Məhkəməsinə göndəriləcək. Vəkil sabiq deputatlığa namizədə qarşı irəli sürülən ittiham aktı ilə hələlik tanış ola bilmədiyini qeyd edib.
16 Mart, 2011 20:17 ⁄ Baxılıb: 1348
Bu bölmədə26 Aprel, 2024 İlham Əliyev Berlindədir17 Aprel, 2024 İlham Əliyev qəbul keçirdi |