Azərbaycan avtomat sürət qutulu avtomobillərin istehsalına başlayır
Bu il ərzində Naxçıvan Avtomobil Zavodunda (NAZ) 1000-1500 ədəd avtomobil yığılacaq Bu barədə APA-ya NAZ-ın satış və marketinq departamentinin rəhbəri Tamerlan Abdullazadə bildirib. Onun sözlərinə görə, 2010-cu ildə zavodda 500 ədəd “Lifan” markalı avtomobil yığılıb: “Bunlar “NAZ-Lifan 320”, “NAZ-Lifan 520”, “NAZ-Lifan 520i” və “NAZ-Lifan 620”-dir. Hazırda zavodda yalnız mexaniki sürət qutusu ilə avtomobillər yığılır. Lakin bu ildən avtomat sürət qutusu ilə də avtomobil istehsalını nəzərdə tuturuq. Gələn ildən isə ağır yol şəraiti üçün nəzərdə tutulmuş avtomobillərin yığılmasına başlanacaq”.
16 Mart, 2011 18:53 ⁄ Baxılıb: 1797
Bu bölmədə7 Avqust, 2019 Yaponiyada sərnişin dronu sınaqdan keçirildi26 Oktyabr, 2016 “Windows” Azərbaycan istifadəçilərinin problemini həll etdi3 Mart, 2015 Apple Micrasoftu üstələdi - FOTO26 Fevral, 2015 1 Gb sürətli kanal yaradılır - Azərbaycanda |