Simsar.az | bizi özünüzə Simsar bilin
Türkiyədə Heydər Əliyevin adını daşıyan körpünün açılışı olacaq

Sabah baş tutacaq açılışda  Şimal Kipr xalqının lideri Dərviş Eroğlu da iştirak edəcək

Martın 17-də Türkiyənin Mərsin vilayətinin Tarsus bələdiyyəsi ərazisində ümummilli liderimiz Heydər Əliyevin adını daşıyacaq körpünün açılış mərasimi keçiriləcək. AzərTAc Türkiyənin Anadolu Agentliyinə istinadla xəbər verir ki, tədbirdə Şimal Kipr xalqının lideri Dərviş Eroğlu və Azərbaycandan nümayəndə heyəti iştirak edəcək.

Körpüyə ulu öndər Heydər Əliyevin adının verilməsi barədə qərar Tarsus bələdiyyəsinin fevralın 1-də keçirilən iclasında səs çoxluğu ilə qəbul edilib.

16 Mart, 2011  18:48 Baxılıb: 1371

Bu bölmədə