Simsar.az | bizi özünüzə Simsar bilin
Türkiyə Azərbaycanı çətin vəziyyətə salıb

Araz Əzimov: "Qarabağ məsələsində də irəliləyiş əldə edilmədi"

Azərbaycan Xarici İşlər nazirinin müavini Araz Əzimov «CNN türk» kanalına müsahibəsində deyib ki, Ankara Sürix protokollarına imza atmaqla, Dağlıq Qarabağ münaqişəsinin həllini çətinə salıb.

Diplomat bildirib ki, aprelin 24-dək və sonra Qarabağ münaqişəsinin həllində irəliləyiş gözləməyə dəyməz. O düşünür ki, 2009-cu ildə baş verən hadisələr bu məsələyə yardımçı olmayıb:

«Onlar bizi bir böhran vəziyyətinə gətirdi. Bir tərəfdən vəziyyəti çətinləşdirdi. Normalaşma prosesi də dayandırıldı və Qarabağ məsələsində də irəliləyiş əldə edilmədi».

Nazir müavini deyib ki, 24 apreldən sonra da tezliklə bir inkişaf olmayacaq:

«Əsas problem budur ki, biz Qarabağın Azərbaycana yenidən reinteqrasiyasını istəyirik. Ermənistanın bu vaxta qədər Qarabağın ayrılmasına yönəlmiş səyləri artmaqdadır. Bu cür vəziyyətdə heç bir nəticəyə gələ bilmərik».

16 Mart, 2011  17:50 Baxılıb: 1326

Bu bölmədə