Prezident İlham Əliyev sərəncam imzalayıb
İlham Əliyev Gəncə və Sumqayıt şəhərlərində yenidənqurma və abadlıq işlərinə 5 milyon manat məbləğində vəsait ayırıb Prezidentin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, sərəncama əsasən ölkənin ən böyük şəhərlərindən olan Gəncədə və Sumqayıtda abadlıq-quruculuq işlərini davam etdirmək məqsədi ilə 2011-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan yenidənqurma, abadlıq və yaşıllaşdırma işlərinin davam etdirilməsi üçün Gəncə və Sumqayıt şəhər icra hakimiyyətlərinin hər birinə 5 milyon manat məbləğində vəsait ayrılıb. Prezident Maliyyə Nazirliyinə nəzərdə tutulmuş vəsaitin maliyyələşdirilməsini müəyyən olunmuş qaydada təmin etməyi tapşırıb.
16 Mart, 2011 03:01 ⁄ Baxılıb: 1293
Bu bölmədə26 Aprel, 2024 İlham Əliyev Berlindədir17 Aprel, 2024 İlham Əliyev qəbul keçirdi |