Simsar.az | bizi özünüzə Simsar bilin
Tatlısəs Ərdoğana mesaj yazıb

"Mən və ətrafımdakı dostlarım sizin dəliqanlı tərəfinizi sevirik, uğurlarınız daimi olsun”

Simsar.az-ın “Hürriyet” qəzetinə istinadən verdiyi məlumata görə, Rəcəb Tayyib Ərdoğan deyib ki, İbrahim Tatlısəs olaydan bir gün əvvəl ona mesaj yazıb. Baş nazir bunun diqqət çəkən məqam olduğunu vurğulayıb: “Hələ o mesajın üzərində dəyərləndirmə aparmadan belə bir olay baş verdi. Mesajda yazılmışdı ki, partiyanızdan namizəd olub-olmamağım önəmli deyil, mən və ətrafımdakı dostlarım sizin dəliqanlı tərəfinizi sevirik, uğurlarınız daimi olsun”.

Rəcəb Tayyib Ərdoğan müğənniyə şəfa diləyib: “Təhlükəsizlik qüvvələrimiz cinayətkarları hazırda sıxışdırmış durumdadırlar. İnşallah, bir neçə gün ərzində nəticə əldə olunacaq. İbrahim Tatlısəsin durumu ilə bağlı həkimlərdən məlumat alıram, əllərindən gələni etdilər”.

15 Mart, 2011  23:36 Baxılıb: 1358

Bu bölmədə