“İki ildən çoxdur, xahiş edirik...”
Fransalı həmsədr: “Atəşkəs haqqında əldə olunan razılığı daha da möhkəmləndirmək lazımdır” “Cəbhə xəttində baş verən insidentlərlə bağlı Azərbaycan prezidenti ilə müzakirələr apardıq”. APA-nın xəbərinə görə, bunu ATƏT-in Minsk Qrupunun həmsədrlərindən biri Bernar Fasie jurnalistlərə açıqlamasında deyib. Cəbhə xətində sonuncu insident baş verəndə - 9 yaşlı azərbaycanlı Fariz Bədəlov öldürüləndə Vilnüsdə olduqlarını, bu barədə xəbər alan kimi dərhal bəyanat yaydıqlarını deyən diplomat ATƏT sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşikdən məsələ ilə araşdırma aparmağı xahiş etdiklərini bildirib: “Bu araşdırmalara artıq başlanıb. Cənab Kaspşik və onun komandası öz işlərinə, monitorinqlərə başlayıb. Bu iş davam edir. Hələ nəticələri almamışıq. Biz həmişə deyirdik ki, atəşkəs haqqında əldə olunan razılığı daha da möhkəmləndirmək lazımdır. İki ildən çoxdur ki, həmsədrlər hər iki tərəfdən snayperləri geri çəkməyi xahiş edir. Tərəflər bizi eşitsəydi, bu hadisə də baş verməzdi”.
15 Mart, 2011 23:04 ⁄ Baxılıb: 1264
Bu bölmədə26 Aprel, 2024 İlham Əliyev Berlindədir17 Aprel, 2024 İlham Əliyev qəbul keçirdi |