Simsar.az | bizi özünüzə Simsar bilin
Hökumət hesabat verir

Oqtay Əsədov: "Hökumətin 2010-cu ilə dair parlamentə daxil olan hesabatı yüksək səviyyədə hazırlanıb"

Azərbaycan Milli Məclisinin (MM) yaz sessiyasının növbəti iclası başlayıb. APA-nın xəbərinə görə, baş nazir Artur Rəsizadə, hökumət üzvləri hökumətin 2010-cu il üzrə hesabatını təqdim etmək üçün parlamentin iclasında iştirak edirlər.

İclası açan spiker Oqtay Əsədov Azərbaycan xalqını, millət vəkillərini ilaxır çərşənbəsi və Novruz Bayramı münasibəti ilə təbrik edib. O. Əsədov hökumətin 2010-cu ilə dair parlamentə daxil olan hesabatının yüksək səviyyədə hazırlandığını deyib. Spiker deyib ki, 2010-cu ildə Azərbaycan iqtisadi artıma görə MDB-də birinci yeri tutub. Ölkə iqtisadiyyatının bütün sahələrində inkişaf qeydə alınıb. Azərbaycanın valyuta ehtiyatları 30 milyard dolları keçib, inflyasiya 5,7 faiz səviyyəsində olub.

Daha sonra baş nazir Artur Rəsizadə hökumətin hesabatını təqdim etməyə başlayıb.

15 Mart, 2011  18:23 Baxılıb: 1256

Bu bölmədə