Simsar.az | bizi özünüzə Simsar bilin
Yaponiyada ölənlərin sayı 2400-ü keçib

2 min 414 nəfərin həlak olduğunu təsdiq edib

Yaponiya polisi zəlzələ nəticəsində 2 min 414 nəfərin həlak olduğunu təsdiq edib. APA bu barədə Kyodo agentliyinə istinadən məlumat verir.

Polis həmçinin 3 min 118 nəfərin də itkin düşdüyünü bildirib.

Ötən cümə günü Yaponiyada baş vermiş zəlzələ ölkənin tarixində ən güclü yeraltı təkan olub. Zəlzələnin gücü 9 bala çatıb. Təkan nəticəsində Planetin oxu yerindən tərpənib və Yer sutkası qısalıb. Zəlzələnin ardınca şiddətli sunami baş verib.

15 Mart, 2011  16:30 Baxılıb: 1281

Bu bölmədə