Simsar.az | bizi özünüzə Simsar bilin
Ən çox silah alan ölkələrin adları açıqlandı

Stokholm Sülh Təhqiqatları İnstitutu 2006-2010-cu illərdə silah satışı ilə bağlı apardığı araşdırmanın nəticələrini açıqlayıb

Simsar.az-ın “mignews.com” saytına istinadən verdiyi məlumata görə, son 4 ildə dünyada ən çox silah alan ölkə Hindistan olub. 

Dünya üzrə satılmış silahların 9 faizini Hindistan alıb. Hindistana ən çox silah satan ölkə 82 faizlik göstərici ilə Rusiyadır. Ekspertlər Hindistanın çox silah almasının səbəbini Pakistanla arasında olan konfliktli situasiya və Hindistan-Çin rəqabəti ilə əlaqələndirirlər.

Son illər silah alan ölkələrin siyahısında lider mövqeyə yüksələnlər arasında Mərakeş və Səudiyyə Ərəbistanı da var. Birləşmiş Ərəb Əmirlikləri, Misir, Əlcəzair və İsrail də sürətlə silahlanır.

15 Mart, 2011  13:23 Baxılıb: 1520

Bu bölmədə