Simsar.az | bizi özünüzə Simsar bilin
İCTİMAİ PALATA MİTİNQ TƏYİN ETDİ

Bu dəfə meriyadan “Nərimanov” kinotetrının qarşısındakı meydan istəniləcək

Martın 14-də İctimai Palatanın Koordinasiya Şurası növbədənkənar toplantı keçirib. “Musavat.com”un məlumata görə, məsləhətləşmələrdə aparıcı müxalifət partiyalarının birgə mitinqini təşkil etmək qərarı verilib. Birgə mitinq aprelin 2-nə təyin edilib.
Mitinq Bakı şəhərində keçiriləcək. Kütləvi aksiya üçün Bakı Şəhər İcra Hakimiyyətindən “Nərimanov” kinoteatrının qarşısındakı meydan istəniləcək. Meriya buna razılaşmasa, mitinq Fəvvarələr bağına təyin olunacaq.

15 Mart, 2011  00:40 Baxılıb: 1303

Bu bölmədə