Simsar.az | bizi özünüzə Simsar bilin
Səudiyyə Ərəbistanı Bəhreynə ordu göndərdi

Müxalifət əsgərlərin mühafizə deyl, müharibə üçün ölkəyə girdiyini bəyan edir

Körfəz Əməkdaşlıq Şurasının (KƏŞ) üzvü Səudiyyə Ərəbistan sabitliyi bərpa etmək üçün Bəhreynə 1000-ə qədər əsgər göndərib. 

Bəhreyndə günlərdir etiraz aksiyaları keçirilir. Aksiyaçılar hakim rejmin devrilməsi tələbilə yürüşlər keçirilər.

“Reuters” agentliyinə danışan Səudiyyə Ərəbistanlı qaynaq, Ərəbistan əsgərlərinin son zamanlar ortaya çıxan qarışıqlıqlara görə hökumət binalarını qorumaq üçün Bəhreyn gəldiklərini söyləyib.

Bəhreyndeki müxalif qruplar Körfəzdəki Ərəb ölkələrinə bağlı qüvvələrin asayiş və əmin-amanlığın təmin edilməsinə kömək üçün deyil, döyüş üçün Bəhreyn gəldiyini bildirblər.

Bəhreynin paytaxtında 1 adamın öldüyü nümayişin ardından bu gün də küçəyə çıxan minlərlə şiə nümayişçi sünnü kral ailəsinin iqtidardan getməsini tələb edib. ABŞ İrana qarşı çıxan Bəhreynin sünnü iqtidarını dəstəkləyir.

RAMİL

14 Mart, 2011  22:54 Baxılıb: 1279

Bu bölmədə