Simsar.az | bizi özünüzə Simsar bilin
Nazirlik ərzaq mallarının sərfəli satış yerlərini açıqladı (YERLƏRİN SİYAHISI)

Məqsəd istehlakçıların seçim imkanlarını artırmaqdır

İstehlakçıların seçim imkanlarının artırılması, süni qiymət artımının qarşısının alınması, eləcə də Novruz Bayramı ilə əlaqədar əhalinin artan tələbatının daha dolğun ödənilməsi məqsədilə İqtisadi İnkişaf Nazirliyinin, Bakı Şəhər İcra Hakimiyyətinin və digər aidiyyəti dövlət orqanlarının birgə təşkilatçılığı ilə Bakı şəhərinin müxtəlif ərazilərində ərzaq mallarının və kənd təsərrüfatı məhsullarının satış yarmarkaları təşkil edilib. Bu barədə məlumat verən İqtisadi İnkişaf Nazirliyi bildirb ki, istehlakçılar həmin yarmarkalardan müxtəlif ərzaq mallarını və kənd təsərrüfatı məhsullarını daha ucuz qiymətlərlə əldə edə bilərlər. 
Yarmarkalar aşağıda göstərilən ünvanlarda fəaliyyət göstərir:
Binəqədi rayonunda
- Dərnəgül yaşayış sahəsi, 6 saylı peşə liseyinin ərazisində;
- Biləcəri qəsəbəsi, 284 saylı məktəbin yaxınlığında;
Xəzər rayonunda
- Mərdəkan qəsəbəsi, avtobus dayanacağınının yaxınlığında;
- Qala qəsəbəsi, Dəmiryol vağzalının yanında;
- Binə qəsəbəsinin mərkəzindəki açıq sahədə;
Xətai rayonunda
- "Bakı" kinoteatrının yanı
- M.Hadi küçəsi, Əhmədli metrosunun çıxışında;
Qaradağ rayonunda
- Lökbatan qəsəbəsindəki açıq sahədə;
- Sahil qəsəbəsindəki açıq sahədə;
- Ələt qəsəbəsindəki açıq sahədə;
- Qobustan qəsəbəsindəki açıq sahədə;
Nərimanov rayonunda
- Keşlə bazarının ərazisində;
- Gənclik metrosunun çıxışındakı boş sahədə;
- "Yaşıl bazar"ın ərazisində;
Nəsimi rayonunda
- Mərkəzi bazarın ərazisində;
- 3-cü mikrorayon, "Tovuz-Baltiya" LTD-nin ərazisində;
Nizami rayonunda
- 8-ci km bazarının ərazisində;
Sabunçu rayonunda
- Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsi, Dəmiryol vağzalının yaxınlığında;
- Sabunçu qəsəbəsi, Aydınbəyov küçəsi 1 ünvanındakı sahədə;
Səbail rayonunda
- Badamdar qəsəbəsi, 239 saylı məktəbin yaxınlığında;
Suraxanı rayonunda
- Əmircan qəsəbəsi, S.Bəhlulzadə küçəsi, 2 ünvanında;
- Qaraçuxur qəsəbəsindəki "Günəş" ticarət mərkəzində;
- Hövsan bələdiyyə bazarında;
Yasamal rayonunda
- Ə.Əhmədov küçəsi, Əlillərin ticarət mərkəzinin qarşısındakı meydanda;

Simsar.az

14 Mart, 2011  21:49 Baxılıb: 1682

Bu bölmədə