Simsar.az | bizi özünüzə Simsar bilin
"Qarabağla hesabatı" prezidentə təqdim ediləcək

Bu barədə Bakıya gələn ATƏT-in Minsk Qrupunun Rusiyadan olan həmsədri İqor Popov bildirib

ATƏT-in Minsk Qrupunun həmsədrləri Bakıya səfər çərçivəsində Dağlıq Qarabağla bağlı qiymətləndirmə missiyasının hesabatını Azərbaycan prezidenti İlham Əliyevə təqdim edəcəklər. Bu barədə bu gün Bakıya gələn ATƏT-in Minsk Qrupunun Rusiyadan olan həmsədri İqor Popov bildirib.

Rusiyadan olan həmsədr hesabatın Ermənistan prezidentinə də təqdim olunacağını açıqlayıb.

ATƏT-in Minsk Qrupu həmsədrlərinin bölgəyə səfəri çərçivəsində Azərbaycana birinci gəldiyini deyən İ. Popov digər həmsədrlərin də yaxın vaxtlarda Bakıya gələcəklərini deyib.

Səfərin məqsədinin Dağlıq Qarabağ problemi ilə bağlı sülh danışıqlarını davam etdirmək olduğunu deyən diplomat görüşlərin sabah keçiriləcəyini deyib. Onun sözlərinə görə, 10 yaşlı Ağdam sakini Fariz Bədəlovun ermənilər tərəfindən öldürülmədi faktı da səfər çərçivəsində müzakirə olunacaq.

İ. Popov sabah Azərbaycanda, martın 16-da isə İrəvanda olacaqlarını deyib. O, Dağlıq Qarabağa səfərlərinin olub-olmayacağı ilə bağlı hələ dəqiq məlumat olmadığını söyləyib.

14 Mart, 2011  21:40 Baxılıb: 1255

Bu bölmədə