Simsar.az | bizi özünüzə Simsar bilin
Rusiya Qəddafiyə qadağa qoydu

Dmitri Medvedev fərman imzalayıb

Liviya prezidenti Müəmmər Qəddafi, onun övladları və yaxın ətrafına Rusiyaya gəlmək, bu ölkədən tranzit məqsədi ilə istifadə etmək, o cümlədən Rusiyada maliyyə əməliyyatları həyata keçirmək qadağan olunub. Simsar.az-ın İTAR-TASS agentliyinə istinadən verdiyi məlumata görə, bu, Rusiya prezidenti Dmitri Medvedevin imzaladığı fərmanda yer alıb. 

Fərmanın tam mətni bu gün Kremlin rəsmi saytında yerləşdirilib. Fərmana görə, Müəmmər Qəddafi, onun övladları, oğulları və qızı, əmisi oğlanları, şəxsi mühafizəsinin rəisi, Liviyanın müdafiə naziri, hərbi kəşfiyyatın rəisi də daxil olmaqla, 16 nəfərə Rusiyaya gəlmək və Rusiyadan tranzit məqsədi ilə istifadə etmək qadağan olunub.

Digər siyahıda Rusiya ərazisində maliyyə əməliyyatları keçirmələri qadağan olunan şəxslərin adı yer alıb. Bura Müəmmər Qəddafi, onun 4 oğlu və qızı daxildir.

14 Mart, 2011  20:44 Baxılıb: 1296

Bu bölmədə