Simsar.az | bizi özünüzə Simsar bilin
Bakıda konfrans keçiriləcək

Azərbaycan və ABŞ hərbçilərinin iştirakı ilə ikitərəfli əməkdaşlığa həsr olunmuş konfrans keçiriləcək

Gələn ay Bakıda Azərbaycan və ABŞ hərbçilərinin iştirakı ilə ikitərəfli əməkdaşlığa həsr olunmuş konfransın keçirilməsi planlaşdırılır. Bu barədə APA-ya hərbi mənbələrdən məlumat verilib.

İllik əməkdaşlıq proqramının müzakirəsinə həsr ediləcək konfransda Azərbaycan və ABŞ-dan müxtəlif hərbi qurumların nümayəndələri və ekspertləri iştirak edəcək. ABŞ nümayəndə heyətini, əsasən Avropa Komandanlığının (EUCOM) zabitləri təmsil edəcək.

Konfransda Azərbaycan və EUCOM arasında növbəti il üçün hərbi əməkdaşlıq üzrə İş Planının mətni razılaşdırılacaq.

Hazırda konfransın tarixi dəqiqləşdirilir.

14 Mart, 2011  20:33 Baxılıb: 1216

Bu bölmədə