Simsar.az | bizi özünüzə Simsar bilin
İsveçrə prezidenti Azərbaycanda səfərdədir

İsveçrə Konfederasiyasının prezidenti, Xarici İşlər Federal Departamentinin rəhbəri Mişelin Kalmi-Rey Azərbaycanda səfərdədir

APA-nın İsveçrə Konfederasiyası prezidentinin saytına istinadən yaydığı məlumata görə, Azərbaycana dünən gələn Mişelin Kalmi-Rey Azərbaycan prezidenti İlham Əliyev, baş nazir Artur Rəsizadə, xarici işlər naziri Elmar Məmmədyarov maliyyə naziri Samir Şərifovla görüşəcək. İsveçrə prezidenti Naxçıvana da səfər edəcək. Xatırladaq ki, İsveçrə İnkişaf və Əməkdaşlıq Agentliyi Naxçıvanın su təchizatının yaxşılaşdırılması məqsədilə layihə həyata keçirir.

14 Mart, 2011  16:32 Baxılıb: 1235

Bu bölmədə