Simsar.az | bizi özünüzə Simsar bilin
EYNULLA FƏTULLAYEV PREZİDENTDƏN ƏFV İSTƏDİ

Vəkil Anar Qasımov: "Eynulla məktub barədə mənə bu gün məlumat verdi"

Eynulla Fətullayev əfv olunması üçün Azərbaycan prezidenti İlham Əliyevə müraciət edib. Bu barədə APA-ya onun vəkili Anar Qasımov məlumat verib.

A.Qasımov deyib ki, Eynulla Fətullayevlə bu gün görüşüb: “Məktub barədə mənə bu gün məlumat verdi. Fətullayevin prezidentə yazdığı məktubda növbəti əfv fərmanında əfv olunacaq şəxslər sırasına onun da adının salınacağına ümid ifadə olunub”.

Qeyd edək ki, E. Fətullayev 2007-ci ildən həbs olunub.

12 Mart, 2011  21:02 Baxılıb: 1529

Bu bölmədə