Simsar.az | bizi özünüzə Simsar bilin
Siyavuş Novruzov və Mübariz Qurbanlı aksiyanın şahidi oldu

Yeni Azərbaycan Partiyasının rəhbərliyi Fəvvarələr Bağında nə baş verdiyini izləyib

Müsavat partiyasının mitinq keçirdiyi Fəvvarələr Bağına Yeni Azərbaycan Partiyasının rəhbərliyi də gəlib. 

Simsar.az məlumatına görə, hazırda YAP-ıü millət vəkilləri Siyavuş Novruzov, Mübariz Qurbanlı və partiyanın rəhbərliyində təmsil olunan keçmiş millət vəkili Kərim Kərimov da Fəvvarələr Bağındadır. Onlar bağdakı “Pizza İnn” restoranının həyətində əyləşərək aksiyanı müşahidə edirlər. YAP-çılar hələlik aksiya ilə bağlı jurnalistlərə hər hansı bir açıqlama verməyiblər.

12 Mart, 2011  20:24 Baxılıb: 1739

Bu bölmədə