Simsar.az | bizi özünüzə Simsar bilin
Nazir: “Kriminogen durum nəzarət altındadır”

“Azərbaycanda kriminogen durum nəzarət altındadır” 

APA-nın məlumatına görə, bu barədə jurnalistlərə daxili işlər naziri Ramil Usubov bildirib. Cinayətkarlığa qarşı uğurlu mübarizə aparıldığını deyən nazirin sözlərinə görə, artıq nəticələr də bəllidir: «Azərbaycan vətəndaşlarının təhlükəsizliyi üçün nə lazımdırsa, hüquq mühafizə orqanları və sektorun tərkib hissəsi olan Daxili İşlər Nazirliyi bütün tədbirləri görürlər. Biz çalışırıq ki vətəndaşlarımız özlərini öz ölkələrində təhlükəsiz hiss etsinlər». 


R. Usubov narkotiklərin mənbəyinin müəyyən edilməsi istiqamətində işlərin aparıldığını, bununla bağlı tapşırıqlar verdiyini də vurğulayıb: «Kimlər bunu gətirib satırsa, onları ifşa eləmək lazımdır. Narkotik maddə genefondumuz üçün təhlükə mənbəyidir. Ona görə də buna qarşı mübarizə aparmaq hər bir vətəndaşın, ilk növbədə hüquq mühafizə orqanlarının vəzifə borcudur”.

12 Mart, 2011  19:47 Baxılıb: 1345

Bu bölmədə