Ramil Usubov Metyu Brayzanı qəbul edib
Ramil Usubov martın 11-də ABŞ-ın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Metyu Brayzanı qəbul edib DİN mətbuat xidmətindən Lent.az-a bildirilib ki, nazir qonağı səfir təyin olunması münasibətilə təbrik edib, qeyd edib ki, bu təyinat Azərbaycanla Amerika arasında əməkdaşlıq əlaqələrinin daha da genişlənəcəyinə təkan verəcək. Ramil Usubov ABŞ-ın ölkəmizdəki səfirliyi ilə Daxili İşlər Nazirliyi arasında işgüzar əlaqələrin mövcudluğunu xatırladıb, xüsusilə 11 sentyabr 2001-ci il hadisələrindən sonra ABŞ-la strateji tərəfdaşlıq əlaqələrinin daha da möhkəmləndiyini, terrorçuluq, transmilli mütəşəkkil cinayətkarlığın digər ağır növlərinə qarşı mübarizə məsələlərinin səfirliklə əlaqələrdə ön plana çəkildiyini qeyd edib.
12 Mart, 2011 15:40 ⁄ Baxılıb: 1351
Bu bölmədə26 Aprel, 2024 İlham Əliyev Berlindədir17 Aprel, 2024 İlham Əliyev qəbul keçirdi |