Simsar.az | bizi özünüzə Simsar bilin
«Frans press»in Tehran bürosunun rəhbəri İrandan qovuldu

İran hakimiyyəti «Frans Press»-in Tehrandakı bürosunun rəhbəri Cey Deşmuku ölkədən qovub

Simsar.az-ın «RİA Novosti»-yə istinadən məlumatına görə, ölkənin uyğun qurumları məsələ ilə bağlı heç bir açıqlama verməyib. 

«Cey peşəkardır. Onun deportasiyası anlaşılmaz və qəbuledilməzdir. «Frans press»in jurnalistləri Tehranda öz işlərinin öhdəsindən gəlirlər» - deyə, agentliyin informasiya xidmətinin direktoru Filipp Massonnet bildirib.

40 yaşlı Cey Deşmuk milliyətcə hindlidir. O, 2009-cu ildən agentliyin Tehrandakı bürosuna başçılıq edir. C.Deşmuk 2001-ci ildən «Frans press»də çalışır. O, müxbir kimi fəaliyyətə Mumbaydan başlayıb. 2005-2008-ci ildə Bağdadda çalışıb.

11 Mart, 2011  20:30 Baxılıb: 1531

Bu bölmədə