Simsar.az | bizi özünüzə Simsar bilin
Növbə Mərakeşə çatdı?

Martın 20-də Krala qarşı aksiya keçiriləcək

Mərakeşdə Kral VI Məhəmmədin konstitusiya islahatlarının həyata keçirilməsinə dair qərarı da gəncləri qane etməyib. Simsar.az-ın “trt.net.tr” saytının Azərbaycan versiyasına istinadən verdiyi məlumata görə, sosial şəbəkələrdə səslərini yüksəldən gənclər kralın islahat vədini qələbə kimi dəyərləndirməklə yanaşı, istəklərinin bitmədiyini bəyan ediblər. 

İlk təşkilatlandıqları gündən yola çıxaraq özlərinə “20 Fevral Hərəkatı” adı verən gənclər martın 20-ə böyük aksiya planlaşdırdıqlarını da açıqlayıblar. Mərakeşli gənclər 20 mart mitinqində hökumətin istefasını, siyasi məhbusların azadlığa buraxılmasını və korrupsiya ilə mübarizə aparılmasını tələb edəcəklər.

11 Mart, 2011  17:36 Baxılıb: 1292

Bu bölmədə