Simsar.az | bizi özünüzə Simsar bilin
Elmar Vəliyev 1-ci müavinini işdən çıxartdı

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı kadr islahatını davam etdirir

Gəncə İcra Hakimiyyətinə yeni başçı təyin olunan Elmar Vəliyev bundan öncə Gəncənin baş memarı Məhəmməd İbrahimovu, şəhər Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru Asim Kazımovu, bir qədər sonra Mənzil Kommunal Təsərrüfat və İstehsalat Birliyinin rəisi Abid Əliyevi və şəhər Təmizlik İdarəsinin rəisi Nizami Babayevi tutduqları vəzifədən azad edib.

Simsar.az saytının məlumatına görə, Elmar Vəliyev bu gün Gəncə Şəhər İcra Hakimiyyəti başçısının 1-ci müavini Rövşən Sadıqovu da vəzifəsindən çıxarıb. Xəbəri Gəncə Şəhər İcra Hakimiyyətindən də təsdiqləyiblər.

11 Mart, 2011  16:34 Baxılıb: 2196

Bu bölmədə