Simsar.az | bizi özünüzə Simsar bilin
“Blue” qrupu Bakıya gələcək

Dörd məşhur ifaçı tədbirdə super şou-proqramla çıxış edəcək

Böyük Britaniyanın “Eurovision-2011” təmsilçisi, məşhur “Blue” qrupu sabah paytaxtın dəbdəbəli restoranlarından birinin yubiley tədbirində çıxış edəcək. 

Simsar.az-a daxil olan məlumata görə, dörd məşhur ifaçı tədbirdə super şou-proqramla çıxış edəcək. 


Qeyd edək ki, Böyük Britaniya “Eurovision” milli seçim tarixində ilk dəfə olaraq, xalq səsverməsindən istifadə etməyib. Dünyaca məşhur qrupun “Eurovision-2011”ə yollanmasının təşəbbüskarı “BBC” teleradio kompaniyası olub.

11 Mart, 2011  16:22 Baxılıb: 2137

Bu bölmədə