Simsar.az | bizi özünüzə Simsar bilin
Ərdoğan 2000 erməni uşağı himayəyə götürüb

Baş nazirin göstərişi ilə tikilən binadan əldə edilən gəlir yetim və kasıb erməni uşaqlarının təhsilinə sərf olunacaq

İstanbulun ən böyük ticarət mərkəzlərinin yerləşdiyi Şişli Meydanında daha bir ticarət mərkəzi inşa olunur. Lent.az-ın “hürriyet”ə istinadən məlumatına görə, hazırda yeni ticarət mərkəzində son tamamlama işləri həyata keçirilir. Məlum olub ki, yeni mərkəz Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın göstərişi ilə tikilir. Bu mərkəzdən əldə olunan gəlir isə 2000 yetim və kasıb erməni uşağının oxudulmasına sərf olunacaq. 

Türkiyədəki erməni cəmiyyətlərindən olan Qaragözyan Yetimxanası Vəqfinin sədri Dikran Gülməzgil bildirib ki, baş nazir mərkəzin tikintisinin tezliklə başa çatdırılmasını istəyib: “Baş nazirin dəstəyi çox önəmlidir. Bu, Türkiyə tarixində bir etnik azlıq vəqfinin baş nazirdən aldığı ən böyük dəstəkdir. Ərdoğan bizim uşaqları himayəyə götürüb. Təkcə vəqfimizdə 200, erməni cəmiyyətlərinin nəzdindəki məktəb və yataqxanalarda isə təxminən 2 min uşaq bu mərkəzdən əldə edilən gəlirlə təhsillərini davam etdirəcək”.

Gülməzgil indiyədək binanın tikintisində Ərdoğanın rolunu açıqlamaq istəmədiklərin deyib. Onun sözlərinə görə, artıq bunun vaxtı çatıb: “Artıq inşaat başa çatmaq üzrədir. Düşündük ki, baş nazirin rolunu ictimaiyyətə açıqlamaq vaxtıdır”.

11 Mart, 2011  05:33 Baxılıb: 1433

Bu bölmədə