Simsar.az | bizi özünüzə Simsar bilin
Müsavat aksiyanı icazəsiz keçirəcək

Bakı Şəhər icra Hakimiyyəti “Təbriz” meydanına yox dedi, Bibiheybətdəki stadionu göstərdi  

Bakı Şəhər icra Hakimiyyəti Müsavat Partiyasının martın 12-də keçirmək istədiyi mitinq üçün müraciətinə mənfi cavab verib. Bu barədə partiyadan musavat.com-a xəbər verilib.
Məlumata görə, BŞİH-dən gələn cavab məktubunda mitinqin partiyanın istədiyi məkanda - "Təbriz" kinoteatrının qarşısında keçirilməsinə icazə verilməyib. Paytaxt meriyası Müsavata mitinq üçün Bibiheybətdəki stadionu təklif edib. Partiya isə nəqliyyat qovşaqlarından uzaqda olduğu, mitinq keçirmək üçün heç bir şəraitin olmadığı yerdə aksiya keçirməkdən imtina edib.
Müsavat başqanı İsa Qəmbər əməkdaşımıza verdiyi açıqlamada bildirib ki, BŞİH-in icazə verib-verməməsindən asılı olmayaraq, partiyanın təyin etdiyi mitinq keçiriləcək.
Simsar.az

10 Mart, 2011  21:15 Baxılıb: 1391

Bu bölmədə