Simsar.az | bizi özünüzə Simsar bilin
Türkiyədə jurnalistlərin həbsi Əflatun Amaşovu hərəkətə gətirdi

“Heç bir jurnalisti yazısına və ya siyasi əqidəsinə görə həbs etmək olmaz”

Simsar.az -a məlumatına görə, bunu jurnalistlərə Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov Türkiyədə bir qrup jurnalistin həbs olunmasına münasibət bildirərkən deyib. Onun sözlərinə görə, jurnalist baş verən olaylarla bağlı cəmiyyəti məlumatlandırır: “Əgər jurnalist proseslərin özündə iştirak edirsə, o zaman müəyyən müəmmalar yaranır. Türkiyədə baş verən hadisələri, həm "Milliyət" qəzetinin, həm "OdaTV" internet televiziyasının əməkdaşlarının həbsi ilə bağlı prosesləri izləyirik. Bizə maraqlıdır ki, onlar baş verən hadisələrdə iştirak ediblər, yoxsa hadisə ilə bağlı cəmiyyəti məlumatlandırıblar?”.

Türkiyə rəsmilərinin verdiyi məlumata görə, ölkə mediasının 10 nəfər jurnalisti "Ergenekon" terror təşkilatıyla əlaqələrinin olması ittihamı ilə həbs ediliblər.

10 Mart, 2011  19:19 Baxılıb: 1381

Bu bölmədə